Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını dünyaya nümayiş etdirdi

0

  •       1990-cı ildən başlayaraq Azərbaycan xalqının başı qara buludlardan açılmırdı. 1991-ci ildə Xankəndi, daha sonra Xocalı və digər 11 rayonumuz erməni seperatçıları tərəfindən işğal olunmuşdur. İnsanlar öz doğma yurd-yuvalarından didərgin düşdülər. Azərbaycan Xalqının tarixinə Birinci və İkinci Qarabağ müharibəsi deyilən bir müharibə yazıldı təəssüf ki. Şəhidlər, əsir və itkin düşmüş insanlar, gözü yaşlı analar, bacılar, balalar və daha nələr, nələr yaşadı bu xalq. Birinci Qarabağ müharibəsində qüvvələrin qeyri-bərabərliyindən və düşmənin məkrli siyasətindən torpaqlarımızın bir qismini itirdik çox təəssüf. Hər qaranlıq gecənin bir işıqlı səhəri var idi. Bunu düşmən unutmuşdu görünür. Nəhayət 2020 –ci il 27 sentyabr tarixindən etibarən zəfərlə başa çatan 44 günlük müharibə başladı. Yenəgöz yaşı, yenə şəhid xəbərləri, dinc sakinlərin faciəli şəkildə öldürülməsi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və qüdrətli Azərbaycan ordusunun şücaəti sayəsində torpaqlarımız, tariximiz, keşmişimiz geri qayıtdı şükürlər olsun.Bir gün gülə-gülə qayıdacaqdırAğlaya –ağlaya köçən Kəlbəcər.Demişdi vaxtı ilə şair Sücaət Kəlbəcərli.Torpaqlarımız mənfur düşməndən geri qaytarıldı nəhayət ki. Mümkünə döndərdik çox namümkünü - igid oğullarımızın və xalqımızın sayəsində. 44 günlük müharibə dövründə bir olduq, birlik olduq. Düşmən qarşısında belə bir güclü ordu görəcəyini düşünmürdü yəqin ki.2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Zəfər Paradı keçirildi. İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən tarixi hərbi paradda 3000 Azərbaycan əsgər və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak edirdi.       Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Müharibə zamanı hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Zəfərparadında 150-dək hərbi texnika o cümlədən silahlanmaya yeni qəbul edilmiş texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, gəmi və katerlər nümayiş etdirilmişdir. Qələbə paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbani olmuşdur. Bu parad müasir Azərbaycan ordusunun tam gücünü göstərdi. Azərbaycan tarixində ilk Zəfər paradına çevrilən bu hərbi tədbir həm siyasi, həm də tarixi baxımıdan böyük əhəmiyyət kəsb edir.Mənsurə Hüseynova,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib58 dəfə
    Zəfər paradı Ordumuzun qüdrətini Azərbaycan Türkiyə qardaşlığını dünyaya nümayiş etdirdi

    Maraqlı gələ bilər
    29
    48
    52